Dünya · Teleqraf

Türkiyədən Moskvaya uçan 3 təyyarə geri qaytarılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən Moskvaya uçan 3 təyyarə geri qaytarılıb xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Türkiyənin Antalya, İstanbul və İzmir şəhərlərindən Moskvaya uçan üç sərnişin təyyarəsi Rusiyanın Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən geri qayıtmağa məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Bildirilib ki, təyyarələr Polşa və Litvanın hava məkanında olarkən uçuş istiqamətini dəyişərək Türkiyəyə geri dönüblər.

Mənbənin sözlərinə görə, hər üç təyyarə İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına istiqamətləndirilib.

Təyyarələr hava limanına endikdən sonra onların Moskvaya yenidən uçması və ya sərnişinlərin digər reyslərə köçürülməsi barədə qərar veriləcək.

Bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskvanın Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Qurum məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑