Dünya · Azxeber.com

Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu xəbəri üçün şəkil
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib.
Bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb.
Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğu və hər gün ünsiyyət qurduğu Stella adlı qadına miras qoyub.
Kişinin vəfatından sonra onun qızı həmin qadınla əlaqə saxlayaraq varis olduğunu bildirib. Lakin qarşı tərəf öz şəxsiyyətini təsdiqləməkdən imtina edib, pul tələb edib və daha sonra yazışmanı silib.
Bundan sonra Perrinin qızı məhkəməyə müraciət edib. İşin materiallarını araşdıran hakim belə qənaətə gəlib ki, Stella gerçək bir qadın deyil, arxasında dələduzluq şəbəkəsinin dayandığı saxta bir obrazdır.
Vəsiyyətnamənin özü qanuni hesab edilsə də, məhkəmə miras hüququnu yeganə varis kimi mərhumun qızına verib. O, həmçinin atasının əmlakının sərəncamçısı təyin edilib.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑