BAKI, 18 oktyabr. TELEQRAF
Ukrayna hazırda ABŞ-nin “Starshield” peyk rabitə sistemindən istifadə imkanından məhrumdur.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio açıqlayıb.
Onun sözlərinə görə, Ukraynanın “Starshield” sisteminə çıxışı hazırda təmin edilmir və məsələ ilə bağlı müzakirələr aparılır.
Rubio məhdudiyyətin səbəbləri və nə qədər davam edəcəyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, dövlət katibi daha əvvəl Ağ Evin Ukraynanın “Starlink” peyk rabitə sisteminə çıxışını məhdudlaşdırmaq barədə göstəriş vermədiyini və həmin sistemin fəaliyyətini davam etdirdiyini bildirmişdi.





