Tədqiqatçılar elektron qurğuların istiliyini azaltmaq üçün xüsusi özünüsoyudan örtük hazırlayıblar.
Lent.az xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.
Yeni nazik təbəqə istiliyin ətraf mühitə ötürülməsini yaxşılaşdırmaq məqsədilə hazırlanıb.
Alimlər texnologiyanın xüsusilə süni intellekt sistemləri və yüksək hesablama gücünə malik elektron qurğular üçün faydalı ola biləcəyini bildirirlər.
Belə materialların tətbiqi gələcəkdə soyutma üçün tələb olunan enerji sərfiyyatını azaltmağa kömək edə bilər.





