Dünya · Teleqraf

Parisdə etirazlar iğtişaşa çevrildi: Polis bölməsinə hücum edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parisdə etirazlar iğtişaşa çevrildi: Polis bölməsinə hücum edildi xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı şəhərin mərkəzində yerləşən polis bölməsinə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalına Parisin mərkəzi hissəsinin meri Ariel Vayl məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşları bölməni hücumlardan qorumaq məcburiyyətində qalıblar.

“Polis qüvvələrinin bir hissəsi bölməni müdafiə etməli olub. Bu səbəbdən hüquq-mühafizə orqanlarının qüvvələrini müxtəlif istiqamətlər üzrə bölüşdürməsi çətinləşib”, – mer bildirib.

Vayl qeyd edib ki, gün ərzində kiçik, mütəşəkkil qruplar kommersiya və dövlət obyektlərinə, o cümlədən Parisin X rayonunun meriya binasına hücum ediblər.

Paris meri Emmanuel Qrequar isə radikal qrupların şəhərin bəzi küçələrində geniş dağıntılar törətdiyini və çoxsaylı mağazaları qarət etdiyini açıqlayıb.

Oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda ölkə üzrə 550 min, Parisdə isə 110 min nəfər iştirak edib.

Bəzi şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunyes ölkə üzrə 400 nəfərin saxlanıldığını bildirib.

Nazir iğtişaşlarda və qarətlərdə iştirak edən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağını vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑