Dünya · Azxeber.com

Əgər nəticə olmasa, hərbi xidmət məcburi olacaq - Merz

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əgər nəticə olmasa, hərbi xidmət məcburi olacaq - Merz xəbəri üçün şəkil
Könüllü hərbi xidmət modeli gözlənilən nəticəni verməsə, məcburi çağırışın yenidən tətbiqi gündəmə gətiriləcək.
Bu sözləri Almaniya kansleri Fridrix Merz bildirib.
O, sözügedən qərarın gələn il veriləcəyini qeyd edib:
"Gələcəkdə məcburi hərbi xidmətin bərpasının zərurətə çevrilə biləcəyi ilə bağlı qənaət getdikcə güclənir. Həm gənc kişilərin, həm də qadınların Almaniya cəmiyyətinin rifahı naminə hərbi xidmət keçməyə hazır olduqlarına inanıram”.
Qeyd edək ki, Almaniyada 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmət əvəzinə 2025-ci ilin dekabrında könüllü hərbi xidmət modeli bərpa edilib.   ///axar.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑