Dünya · Teleqraf

Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

Türkiyə Qara dəniz vasitəsilə Rusiya və Ukrayna taxılının dünya bazarlarına çatdırılmasının bərpası istiqamətində intensiv iş aparır.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də “Böyük İyirmilik” (G20) ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra Türkiyə mediasına açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hazırda həm Rusiyanın taxıl və enerji resurslarının, həm də Ukraynanın taxıl və enerji resurslarının dünya bazarlarına çıxarılması mümkün deyil. O, bunun xüsusilə ərzaq təhlükəsizliyi baxımından ciddi problem yaratdığını vurğulayıb.

Fidan bildirib ki, bu məsələ ilə bağlı intensiv təmaslar aparılır. Türkiyə taxılın Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çatdırılmasının təmin edilməsi üçün ciddi səylər göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑