Dünya · Bizim.Media

ABŞ-da Konqresə aralıq seçkilərində həlledici mərhələ başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-da Konqresə aralıq seçkilərində həlledici mərhələ başladı xəbəri üçün şəkil

ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri kampaniyası yeni məhkəmə çəkişmələri fonunda son mərhələyə qədəm qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Seçkiqabağı mübarizədə əsas diqqət Alyaskada Senata seçkilərə, eləcə də Tramp administrasiyası ilə Kaliforniya hakimiyyəti arasında poçt vasitəsilə verilən səslərlə bağlı mübahisəyə yönəlib.

Hazırda respublikaçılar Konqresin hər iki palatasına nəzarət edirlər. Noyabrın 3-də keçiriləcək seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü yenidən seçiləcək.

Respublikaçılar palatalardan ən azı birində çoxluğu itirəcəkləri təqdirdə, demokratlar Trampın təşəbbüslərinin qarşısını almaq və onun administrasiyasına qarşı araşdırmaları genişləndirmək imkanı əldə edəcəklər.

Florida Universitetinin məlumatına görə, indiyədək 51 milyondan çox amerikalı erkən səsvermədə iştirak edib. Bu göstərici 2022-ci ildəki aralıq seçkilərin eyni dövrü ilə müqayisədə daha yüksəkdir.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑