İdman · Teleqraf

Roma klubu 100 illik tarixində ilkə imza atdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma klubu 100 illik tarixində ilkə imza atdı xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

İtaliyanın “Latsio” klubu A Seriyasının ilk 10 turunda tarixi nəticəyə imza atıb.

Teleqraf xəbər verir ki, Roma təmsilçisi X turda “Kalyari”ni 2:1 hesabı ilə məğlub edib.

Bununla da “Latsio” tarixində ilk dəfə mövsümün ilk 10 oyununda 9 qələbə qazanıb. Paytaxt klubu bu göstəriciyə çatan altıncı komanda olub.

Daha əvvəl “Yuventus” 4, “Milan” və “Napoli” hərəyə 2, “Roma” və “Torino” isə bir dəfə ilk 10 turda 9 qələbə əldə edib. Sonuncu dəfə bu nəticəyə 2021/2022 mövsümündə “Milan” və “Napoli” nail olub.

Qeyd edək ki, “Latsio” növbəti turda “Napoli” ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑