İdman · AZƏRTAC

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək xəbəri üçün şəkil

Bakı, 2 noyabr,

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.

Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑