İdman · Offsideplus.az

Bellinqemdən Real Madriddə 50 qola çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bellinqemdən Real Madriddə 50 qola çatdı xəbəri üçün şəkil
Bellinqemdən "Real Madrid"də 50 qola çatdı

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın XI turunda "Rasinq" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada komandasının 2-ci qoluna imza atan ingiltərəli futbolçu "kral klubu"nun heyətində 50-ci qolunu vurub.

23 yaşlı yarımmüdafiəçi oyundan sonra klubun rəsmi saytına açıqlamasında qələbəni və yubiley qolunu belə dəyərləndirib:

"Çox yaxşı oynadıq. "Kamp Nou"dakı uğurdan sonra bu qələbəni qazanmaq bizim üçün vacib idi, buna görə də çox şadıq. "Real Madrid"də 50 qol həddinə çatmaq xüsusi bir hissdir. Bu, təkcə mənim və məqsədlərim üçün yox, bütün komanda üçün önəmlidir. Hər bir futbolçunun qol vurması və oyunun gedişatına təsir etməsi çox vacibdir. Bəzən bunu Mbappə, Vini, Arda Gülər və ya mən edəcəm, lakin ən əsası hər kəsin komandaya fayda verməsidir".

Qeyd edək ki, "Real" 11 oyundan sonra 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 11 xalı olan "Rasinq" isə 15-ci sıradadır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑