BAKI, 20 oktyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ölkəsi ətrafında baş verən son hadisələrlə bağlı Rusiyanın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
İran Prezidenti Rusiya rəhbərliyinə və xalqına təşəkkür edərək Moskvanın mövqeyini güclü adlandırıb.
“Son hadisələrlə əlaqədar nümayiş etdirdiyiniz qətiyyətli mövqeyə görə Rusiya Prezidenti Vladimir Putinə, hökumətinizə və xalqınıza minnətdarıq”, – Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İran Prezidenti oktyabrın 19-da Tehrana işgüzar səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.





