İdman · Teleqraf

Neymar Vinisius Juniorun hərəkətini təkrarladığı üçün cəzalandırıla bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Neymar Vinisius Juniorun hərəkətini təkrarladığı üçün cəzalandırıla bilər xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

Braziliyanın “Santos” klubunun ulduz futbolçusu Neymar altı oyunluq cəza ilə üzləşib.

Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Vinisius Juniorun hərəkətini təkrarlamaqda ittiham olunaraq Braziliya İdman Tribunalına şikayət edilib.

Belə ki, hadisə Braziliya çempionatının son turunda “Santos”un “Bahia” ilə 1:1 hesablı heç-heçə etdiyi matçda baş verib.

Neymar “Bahia”nın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə zamanı ağzını əli ilə örtüb. Nəticədə braziliyalı futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşmadan sonra “Bahia” rəqib futbolçunun ünvanına təhqiramiz ifadələr işlədildiyi iddiası ilə bağlı sərt bəyanat yayıb.

Neymar isə ittihamları rədd edib. O, rəqibinə birbaşa hər hansı söz demədiyini bildirərək mübahisəni başlatmaqda Nestoru günahlandırıb. Bununla belə, hücumçu mübahisə zamanı ağzını əli ilə örtməsinin səhv olduğunu etiraf edib.

Braziliyalı futbolçunun cəzası ilə bağlı qərar çərşənbə günü keçiriləcək tribunal iclasında veriləcək. Altı oyunluq cəza tətbiq olunarsa, Neymar Braziliya çempionatının qalan bütün matçlarını buraxacaq.

Qeyd edək ki, “Santos” hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Çempionatın başa çatmasına altı tur qalıb və komanda aşağı liqa zonasını 12 xal qabaqlayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑