İdman · AZƏRTAC

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.

Bu barədə AZƏRTAC-a Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib: “Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.

Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.

Müxbir – Cavid Əliyev

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑