İdman · İdman.biz

Xviça Kvaratsxeliya əməliyyat olundu - PSJ-dən rəsmi açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xviça Kvaratsxeliya əməliyyat olundu - PSJ-dən rəsmi açıqlama xəbəri üçün şəkil

PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, futbolçu Qətərin paytaxtı Dohada uğurlu cərrahi müdaxilə keçirib.

PSJ-nin yaydığı açıqlamada deyilir: “Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması ilə əlaqədar Dohadakı xəstəxanada uğurla əməliyyat olunub. O, bundan sonra reabilitasiya prosesinə başlayacaq”.

Xatırladaq ki, 25 yaşlı hücumçu oktyabrın 20-də Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib. Kvaratsxeliya matçın 59-cu dəqiqəsində meydanı tərk edib.

Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə hələlik məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑