Ölkə.az xəbər verir ki, 34 yaşlı hücumçu Vinisius Juniorun hərəkətini təkrarlamaqda ittiham olunaraq Braziliya İdman Tribunalına şikayət edilib.
Belə ki, hadisə Braziliya çempionatının son turunda “Santos”un “Bahia” ilə 1:1 hesablı heç-heçə etdiyi matçda baş verib.
Neymar “Bahia”nın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə zamanı ağzını əli ilə örtüb. Nəticədə braziliyalı futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşmadan sonra “Bahia” rəqib futbolçunun ünvanına təhqiramiz ifadələr işlədildiyi iddiası ilə bağlı sərt bəyanat yayıb.
Neymar isə ittihamları rədd edib. O, rəqibinə birbaşa hər hansı söz demədiyini bildirərək mübahisəni başlatmaqda Nestoru günahlandırıb. Bununla belə, hücumçu mübahisə zamanı ağzını əli ilə örtməsinin səhv olduğunu etiraf edib.
Braziliyalı futbolçunun cəzası ilə bağlı qərar çərşənbə günü keçiriləcək tribunal iclasında veriləcək. Altı oyunluq cəza tətbiq olunarsa, Neymar Braziliya çempionatının qalan bütün matçlarını buraxacaq.
Qeyd edək ki, “Santos” hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Çempionatın başa çatmasına altı tur qalıb və komanda aşağı liqa zonasını 12 xal qabaqlayır.




