Bakının Xətai rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunan məktəblilər arası kamandan oxatma turniri təşkil olunub.
Futbolpress.az xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektoru ilə Fokus İdman Məktəbinin birgə tərəfdaşlığı ilə reallaşıb.
Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği, idmana marağın gücləndirilməsi və kamandan oxatma növünün inkişaf etdirilməsi məqsədi daşıyan turnir U-15 yaş kateqoriyasında oğlanlar və qızların mübarizəsi şəraitində keçib.
Yarışın yekununda fərqlənən iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlar və medallar təqdim olunub.



