İdman · Futbolpress.az

Azərbaycan güləşçisi mundialda medalsız qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan güləşçisi mundialda medalsız qaldı xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov mübarizəsini yekunlaşdırıb.

Futbolpress.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal uğrunda həlledici qarşılaşmada Qazaxıstan idmançısı Bağdat Sabazla üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə 5:8 hesabı ilə uduzan Cəfərov mundialda 5-ci yeri tutaraq fəxri kürsüdən kənarda qalıb.

Xatırladaq ki, Astanadakı yarışda Azərbaycanın yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olaraq qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medalı ölkəmizə qazandırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑