İdman · Bizim.Media

Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Güləşçimiz finalda uduzdu xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Bizim.Media verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli finalda ermənistanlı Karen Aslanyana 4:8 hesabıyla məğlub olub və dünya çempionatını gümüş medalla başa vurub.
 

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qüvvəsini sınayıb.


O, rəqibinə 5:7 hesabı ilə məğlub olub və beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑