Dünya · Teleqraf

MAQATE Zaporojye AES-in əməkdaşının dron zərbəsi nəticəsində öldüyünü açıqlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
MAQATE Zaporojye AES-in əməkdaşının dron zərbəsi nəticəsində öldüyünü açıqlayıb xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasının (AES) əməkdaşının pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olması barədə məlumat aldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“MAQATE-yə bu gün pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Zaporojye AES-in əməkdaşının həlak olduğu bildirilib. Əldə olunan məlumata görə, həmin şəxs stansiyanın mərkəzləşdirilmiş təmir-texniki sexində qaynaqçı işləyib”, – açıqlamada qeyd olunub.

Bundan əvvəl Enerqodar şəhərinin meri Maksim Puxov 1985-ci il təvəllüdlü kişinin dron hücumu nəticəsində öldüyünü bildirmişdi.

Onun sözlərinə görə, skuter sürən şəxs Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının hədəfinə çevrilib və hadisə yerində həyatını itirib.

Qeyd edək ki, hücumun Ukrayna tərəfindən həyata keçirildiyi barədə iddia Rusiya rəsmisinə məxsusdur. MAQATE-nin açıqlamasında zərbənin hansı tərəfdən endirildiyi göstərilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑