Dünya · Azxeber.com

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb xəbəri üçün şəkil
Cənubi Sudanın Varrap ştatının Tonj Şimali dairəsində baş verən icmalararası zorakılıq nəticəsində 84 nəfər ölüb, 13 nəfər ağır yaralanıb.
AZXEBER.COM Sinxuaya istinadla xəbər verir ki, silahlı şəxslər Bundir kəndinə hücum edərək evləri yandırıb, əmlakı talan ediblər.
Təhlükəsizlik qüvvələri asayişi bərpa etmək və hadisəyə görə məsul şəxsləri müəyyənləşdirmək məqsədilə gərginliyin artdığı ərazilərə yerləşdirilib.
Qeyd edək ki, Cənubi Sudanda dekabr ayında keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində icmalararası zorakılıq halları artmaqdadır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑