Dünya · Teleqraf

Tramp səhhəti ilə bağlı sual verən jurnalisti sərt tənqid edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp səhhəti ilə bağlı sual verən jurnalisti sərt tənqid edib xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp son bir ay ərzində ölkə üzrə keçirilən 28 seçki mitinqində iştirak etməsinə baxmayaraq, özünü əla hiss etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatından qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Səhhəti ilə bağlı suala cavab verən ABŞ Prezidenti özünü çox yaxşı hiss etdiyini vurğulayıb.

“Çox yaxşı. Düşünürəm ki, bunu görünüşümdən də anlamaq olar”, – Tramp bildirib.

Lakin “Reuters” agentliyinin müxbiri prezidentin Kanzas ştatında respublikaçı namizədlərə dəstək mitinqində iştirak etməməsinin yorğunluqla bağlı olub-olmadığını soruşduqda Tramp sərt reaksiya verib.

“Siz xəstəsiniz, “Reuters” isə dəhşətlidir. Bu adama baxın, çox pis vəziyyətdədir”, – deyə ABŞ lideri jurnalisti tənqid edib.

Tramp Kanzasa getməməsinin yorğunluqla əlaqəli olmadığını, respublikaçıların həmin ştatda onsuz da yaxşı vəziyyətdə olduqlarını bildirib. O, seçicilər qarşısında videobağlantı vasitəsilə çıxış edəcəyini açıqlayıb.

“Siz iki həftədir mənimlə səfər edirsiniz. Mən özümü əla hiss edirəm, siz isə çox pis görünürsünüz. Özünüzə fikir verin, görünüşünüz bərbaddır”, – deyə Tramp jurnalistə müraciət edib və bununla da mətbuat nümayəndələri ilə söhbətini yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Seçkilərdə Senatın üçdəbir hissəsi və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.

Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑