Dünya · Azxeber.com

Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək xəbəri üçün şəkil
Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefon danışığı baş tutub.
Qeyd olunub ki, əməliyyat bir neçə ölkənin və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçiriləcək. Söhbət zamanı tərəflər həmçinin Salvador missiyasının Haiti ərazisindəki gələcək fəaliyyətini də müzakirə ediblər.
Bukele Salvadorun Karib hövzəsi ölkəsində təhlükəsizliyin təmin edilməsinə və cinayətkar qruplaşmalarla mübarizəyə yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Bukele girovların azad edilməsi üzrə hərbi əməliyyatın başladığını oktyabrın 22-də elan edib. O, qaçırılan şəxslərin sağ-salamat azad edilməyəcəyi təqdirdə, qruplaşma liderlərini sərt tədbirlərlə hədələyib.
Hücum oktyabrın 18-də Port-o-Prensin şəhərətrafı qəsəbəsi olan Krua-de-Bukedə baş verib. Tibbi təxliyə üzrə beynəlxalq missiyada iştirak edən və döyüş əməliyyatlarına cəlb olunmayan salvadorlu aviasiya texniklərinin zirehli avtomobili pusquya düşüb və partlayışdan sonra alovlanıb. Maşını tərk edən mütəxəssislər əsir götürülüblər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑