Dünya · Teleqraf

Kallas: Avropalılar Ukraynadakı müharibədən yorulublar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kallas: Avropalılar Ukraynadakı müharibədən yorulublar xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa ictimaiyyətinin Ukraynadakı müharibədən yorulduğunu və Kiyevə dəstəyin davam etdirilməsinin zəruriliyini insanlara izah etməyin getdikcə çətinləşdiyini etiraf edib.

Teleqraf xəbər verir ki, Kallas bu barədə Kanadanın xarici işlər naziri Anita Anand ilə Monreal Universitetində keçirilən ictimai müzakirə zamanı danışıb.

Avropa diplomatiyasının rəhbəri Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq Avropa ölkələrini daha qətiyyətli addımlar atmağa çağırıb.

“Biz dözümlü olmalı və daha çox iş görməliyik. Lakin təbii ki, bunu insanlara izah etmək də getdikcə çətinləşir, çünki hamı bu müharibədən yorulub”, – Kallas bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑