Dünya · Teleqraf

Maduro və həyat yoldaşına qarşı yeni ittiham irəli sürüldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maduro və həyat yoldaşına qarşı yeni ittiham irəli sürüldü xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsindəki münsiflər heyəti Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı işgəncə törətmək ittihamı irəli sürüblər.

Teleqraf xəbər verir ki, məlumatda qeyd olunur: "Təqsirləndirilən şəxslər Nikolas Maduro və Siliya Flores qəsdən qanunun təsiri altında başqa bir şəxsə mənəvi və fiziki əzab yetirmək məqsədi daşıyan hərəkətlər ediblər".

Prokurorluğun iddiasına görə, bu cür hərəkətlərin məqsədlərindən biri siyasi müxalifətin yatırılması və cəzalandırılması olub.

Maduro və Flores işgəncə vermək üçün sui-qəsddən əlavə, daha dörd ittihamla üzləşirlər: silah və dağıdıcı qurğuların saxlanması, narkotik qaçaqmalçılığı və narkoterrorizm törətmək üçün sui-qəsd.

Yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək prezident və həyat yoldaşını həbs ediblər. Yanvarın 5-də Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəməsi onlara narkotik qaçaqmalçılığında iştirak etmək ittihamı irəli sürüb. Maduro və həyat yoldaşı ittihamları rədd ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑