Dünya · Globalinfo.az

Trampdan İranla bağlı mühüm qərar: Noyabrın 3-dən sonra…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan İranla bağlı mühüm qərar: Noyabrın 3-dən sonra… xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb:

“Noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilənədək İrana hücum etməyəcəyik”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bildirib ki, İranın ağır iqtisadi və hərbi vəziyyətinə baxmayaraq, ölkəyə qarşı blokada tam şəkildə davam etdiriləcək.

“İran İslam Respublikası ilə məhsuldar danışıqlar aparırıq”, – Tramp qeyd edib.

O, həmçinin hazırda Hörmüz boğazından rekord həcmdə neft keçdiyini bildirib. Trampın sözlərinə görə, yalnız ötən gecə boğazdan 22 milyon barrel neft daşınıb. Bu neftin heç bir barreli İrandan çıxmayıb və ora göndərilməyib.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑