Dünya · Axar.az

Bu tarixədək İrana hücum edilməyəcək - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu tarixədək İrana hücum edilməyəcək - Tramp xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər İrana hərbi hücum edilməyəcəyini bəyan edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti İran İslam Respublikası ilə məhsuldar müzakirələrin aparıldığını bildirib.

“Hamıya aydın şəkildə bildirmək istəyirəm ki, İran iqtisadi və hərbi baxımdan çox ağır vəziyyətdə olsa və blokada tam qüvvədə qalmağa davam etsə də, noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl heç bir halda İrana hücum etməyəcəyik”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, "Atlantik" mənbələrə istinadla Ağ Evin Pentaqona 3 noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl İran hədəflərinə zərbələr endirmək üçün variantların hazırlanmasını tapşırdığı haqda məlumat yayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑