Dünya · Yeni Çağ

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar neft, neft məhsulları və neft-kimya məhsullarının daşınmasında iştirak edən şəxsləri, şəbəkələri və 17 gəmini hədəfə alır.

Maliyyə Nazirliyi bildirib ki, tədbirlər “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində həyata keçirilir. Məqsəd Tehranın müharibənin maliyyələşdirilməsini, raket istehsalını, kiberhücumlarını və İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) zəiflətməkdir.

Nazirliyin rəsmisi qeyd edib ki, yeni sanksiyalar İranın qanunsuz dəniz infrastrukturuna qarşı indiyədək tətbiq olunan ən ciddi tədbirlərdən biridir.

Bildirilib ki, ABŞ-nin iyulun 14-də İran limanlarına tətbiq etdiyi blokadanın bərpasından sonra Tehranın neft satışına təzyiq artırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, blokadadan kənarda İranın təxminən 20 milyon barrel xam nefti qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑