Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər layihəsini təsdiqləyib. Yeni layihəyə əsasən, təhsil almaq məqsədilə möhlət hüququ əldə edən vətəndaşlar üçün hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılacaq.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq layihə hökumətin rəsmi saytında dərc olunub.
Mövcud qanunvericiliyə əsasən, 27 yaşınadək vətəndaşlar təhsil almaq məqsədilə möhlət hüququ ala bilirlər, bir şərtlə ki, təhsildən sonra üç il ərzində hökumətin müəyyən etdiyi sahədə çalışsınlar. Layihənin əsaslandırmasında qeyd olunur ki, xaricdə təhsilin təşkili xüsusiyyətlərinə görə bəzi vətəndaşlar zaman məhdudiyyəti səbəbindən 27 yaşınadək həm təhsili bitirə, həm də tələb olunan üçillik iş müddətini tamamlaya bilmirdilər. Dominos pizza
Bu cür çətinlikləri aradan qaldırmaq və vətəndaşların möhlət hüququndan tam istifadə etmələrini təmin etmək məqsədilə çağırış yaşının 32-yə qaldırılması nəzərdə tutulur./Oxu.az


