Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayılıb.
"Son aylarda ABŞ Silahlı Qüvvələri Fars körfəzindəki tərəfdaşlardan 1,25 milyard bareldən çox xam neftin Hörmüz boğazı vasitəsilə daşınmasını təmin edib. Eyni zamanda, Amerika tərəfindən İran limanlarının sərt blokadaya alınması səbəbindən İran bir barel də olsun yükləməyib", - paylaşımda qeyd olunub.



