Gündəm · Globalinfo.az

Meymunçiçəyi yenidən yayıldı: ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meymunçiçəyi yenidən yayıldı: ölən var xəbəri üçün şəkil

İspaniyanın şimalında yerləşən San-Sebastyan şəhərində xəstəxanada müalicə olunan kişi meymunçiçəyi kimi tanınan mpox xəstəliyindən vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

61 yaşlı pasiyentin xəstəxanada eyni palatada qaldığı digər şəxsdən yoluxduğu bildirilib. Məlumata görə, onun immun sistemi zəif olub.

Yoluxma halı müəyyənləşdirildikdən sonra xəstəxanada əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Pasiyentlərlə təmasda olan, əsasən tibb işçilərindən ibarət 30-dan çox şəxs peyvənd olunub və onların vəziyyəti nəzarətdə saxlanılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑