Qəbələ rayonunda istirahət edən Rusiyanın Sankt-Peterburq şəhərindən olan turist bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BAZA-nın “Telegram” kanalı məlumat verilib.
Bildirilib ki, hadisə “Yeddi gözəl” şəlaləsinin yaxınlığında baş verib.
Regina adlı turist meymunla xatirə fotosu çəkdirmək istəyərkən ərazidə qəfil daş töküntüsü başlayıb. Digər turistlər təhlükəsiz əraziyə çəkilməyə imkan tapsalar da, rusiyalı turist daşlardan yayınmağa macal tapmayıb.
İri daş parçalarından biri onun başına dəyib. Yaralı turist dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. Həkimlər onun baş nahiyəsinə dörd tikiş qoyublar.
Məlumata görə, turistin foto çəkdirmək istədiyi meymun hadisə zamanı xəsarət almayıb.


