Moskvanın üç əsas hava limanında 243 reysin gəliş və gediş vaxtı gecikib.Bu barədə “Ostorojno, Moskva” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ən çox gecikmə Vnukovo hava limanında qeydə alınıb. Burada 113 reys gecikir. Şeremetyevoda 80, Domodedovoda isə 50 reysin qrafikində dəyişiklik edilib.
Gecikən reyslərin 172-si gəliş, 71-i isə gediş reysləridir. Bəzi reyslərin vaxtı növbəti günə keçirilib.






