Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavoduna zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
"Biz Omskda Rusiyanın hava hücumundan müdafiə sistemlərini yarmağı bacardıq. Müdafiə Qüvvələrinin hücum dronları Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk Neft Emalı Zavodunu vurub", - deyə "Exilenova+" səhifəsində bildirilir.
Ukrayna müdafiə şirkəti "Fire Point" da uğurlu hücumu təsdiqləyib:
"Ukrayna Müdafiə Qüvvələri sərhəddən 2500 km-dən çox məsafədə yerləşən Rusiyanın ən böyük neft emalı zavoduna təkmilləşdirilmiş FP-1 PUA-larından istifadə edərək hücum edib".





