BAKI, 3 noyabr. TELEQRAF
İranın cənubunda yerləşən Qeşm adasında partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
“İranın cənubundakı Qeşm adasında partlayış səsləri eşidilir”, – məlumatda bildirilib.
Partlayışların səbəbi, baş verdiyi ərazi və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl “Axios” nəşri İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İrana qarşı hərbi əməliyyatların bərpasında israr etdiyini yazıb.






