BAKI, 19 oktyabr. TELEQRAF
Yəmən üsyançı "Ənsar Allah" (husilər) hərəkatı son 48 saat ərzində Səudiyyə Ərəbistanı ərazisinə bir sıra hücumlar həyata keçiriblər.
Teleqraf xəbər ki, hücumların hədəfi əsasən "Saudi Aramco" şirkətinin neft və qaz obyektləri olub.
Səudiyyə Ərəbistanının qərbindəki Yanbu şəhərindəki "Saudi Aramco" müəssisələrinə və şərqdəki Şeybah neft yatağına zərbələr endirilib və yanğınlar baş verib. Üsyançılar həmçinin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Əbha Hava Limanına və krallığın cənubundakı Xamis Muşayt hava bazasına, eləcə də dəniz düşərgəsinə və radar stansiyalarına hücum etdiklərini iddia edirlər.


