Dünya · Teleqraf

Bolqarıstanda prezident seçkilərində Yotova liderdir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda prezident seçkilərində Yotova liderdir xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda İliyana Yotova liderlik edir.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilib.

Məlumata görə, prezidentliyə namizəd İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev seçicilərin 57,943 faizinin səsini qazanıblar.

Onların rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,007 faiz səs toplayıblar.

Nəticələr yerli vaxtla saat 23:00-a olan məlumata əsasən, seçki məntəqələrinin protokollarının 17,39 faizinin işlənməsindən sonra açıqlanıb.

Səslərin hesablanması davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑