Dünya · Modern.az

Mars ABŞ-nin bir hissəsi olacaq - Mask

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mars ABŞ-nin bir hissəsi olacaq - Mask
Mars ABŞ-nin bir hissəsi olacaq - Mask

SpaceX şirkətinin rəhbəri İlon Mask ABŞ-a bağlılığı və Marsla bağlı açıqlamaları ilə beynəlxalq mətbuatın diqqətini çəkib.

Modern.az xəbər verir ki, onun 30 mart 2025-ci ildə ABŞ-ın Viskonsin ştatının Qrin-Bey şəhərində keçirilən toplantıda ölkənin gələcəyi ilə bağlı fikirləri yenidən gündəm olub. Mask ABŞ-dan ayrılmaq niyyətində olmadığını bildirib.

“Amerikada öləcəyəm. Heç yerə getmirəm. Bəlkə Marsa gedərəm, amma ora da ABŞ-ın bir hissəsi olacaq”.

Maskın bu açıqlamaları 2026-cı ildə beynəlxalq mətbuatda dərc olunan xəbərlərdə yenidən gündəmə gətirilib.

Mask həmin toplantıda ABŞ iqtisadiyyatının gələcəyinin yalnız amerikalıları deyil, ölkədə fəaliyyət göstərən şirkətləri və investorları da maraqlandırdığını bildirib.

ABŞ-ı gəmiyə bənzədən Mask ölkənin iqtisadi baxımdan uğursuzluğa düçar olacağı təqdirdə şirkətlərin də bundan mənfi təsirlənəcəyini vurğulayıb.

Milyarder bu səbəbdən ölkənin gələcəyi naminə hamının birlikdə hərəkət etməli olduğunu qeyd edib.

“SpaceX” vasitəsilə uzun illərdir Marsa insan göndərmək və planetdə daimi yaşayış məntəqələri yaratmaq məqsədi üzərində çalışan Maskın açıqlamasında ən çox diqqət çəkən məqam Qırmızı planetlə bağlı fikirləri olub.

Maskın Marsın ABŞ-ın bir hissəsi olacağını deməsi kosmosun hüquqi statusu ilə bağlı müzakirələrə də səbəb olub.

 

 

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑