Dünya · Azxeber.com

Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı xəbəri üçün şəkil
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən oktyabrın sonunadək 28 milyard dollardan çox azalıb.
AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, ən böyük itki "Norilsk Nikel" şirkətinin əsas səhmdarı Vladimir Potanində qeydə alınıb. Onun sərvəti 8,1 milyard dollar azalıb.
İkinci yerdə "Onexim" investisiya fondunun təsisçisi Mixail Proxorov qərarlaşıb. O, 4,86 milyard dollar itirib. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalan Mixail Fridman tamamlayır.
Sərvətində azalma qeydə alınan digər iş adamları arasında "Telegram"ın həmtəsisçisi Pavel Durov, "NLMK" şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin və "NOVATEK"in ortaq sahibi Leonid Mixelson da var.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑