Dünya · Azxeber.com

Mask: Bu planet ABŞ-nin bir hissəsi olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mask: Bu planet ABŞ-nin bir hissəsi olacaq xəbəri üçün şəkil
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask Marsın gələcəkdə ABŞ-nin bir hissəsi ola biləcəyini bildirib.
Mask bu açıqlamanı 2025-ci il martın 30-da ABŞ-nin Viskonsin ştatında keçirilən tədbirdə səsləndirib.
"Amerikada öləcəyəm. Heç yerə getmirəm. Bəlkə Marsa gedərəm, amma ora da ABŞ-nin bir hissəsi olacaq", – deyə o bildirib.
Maskın bu sözləri planetin gələcəyi və kosmosda suverenlik hüquqları ilə bağlı müzakirələrə səbəb olub. Bununla belə, onun açıqlaması Marsın ABŞ ərazisi elan edilməsi və ya bu istiqamətdə rəsmi qərar qəbul edilməsi demək deyil.
Qeyd edək ki, İlon Mask uzun müddətdir Marsa insan göndərilməsi və orada daimi yaşayış məskəninin yaradılması layihəsi üzərində çalışır.   ///bakuws
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑