Dünya · Teleqraf

Tramp yenidən prezident olmaq istəyir: Qanun icazə vermir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp yenidən prezident olmaq istəyir: Qanun icazə vermir xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə prezidentliyə namizəd olmaq istədiyini, lakin ölkə qanunvericiliyinin buna imkan vermədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

“İmkanım olsaydı, böyük məmnuniyyətlə yenidən namizədliyimi irəli sürərdim. Lakin qanunun müddəaları olduqca aydındır”, – ABŞ lideri bildirib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.

Tramp müsahibəsində Konqresə keçiriləcək aralıq seçkilərin mümkün nəticələrinə də toxunub.

O bildirib ki, Demokratlar Partiyası Konqresin hər hansı palatasında çoxluğu əldə edərsə, prezidentin veto hüququndan fəal şəkildə istifadə edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑