Region · Teleqraf

Beynəlxalq səyahətçilər Şuşaya gəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Beynəlxalq səyahətçilər Şuşaya gəlib xəbəri üçün şəkil

XOCAVƏND, 8 oktyabr. TELEQRAF

Dünya şöhrətli səyahətçilər Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində Şuşa şəhərinə gəliblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dünya şöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarles Veleyin rəhbərlik etdiyi beynəlxalq səyahətçilər Xocavənd rayonunda yerləşən Azıx mağarasını ziyarət etdikdən sonra Şuşaya səfər ediblər.

Səyahətçilərin Şuşadakı ilk dayanacağı İsa bulağı olub. Onlar burada şəhərin təbiəti və tarixi-mədəni irsi ilə tanış olacaqlar.

Səfər çərçivəsində beynəlxalq səyahətçilərin Şuşada bir sıra tarixi və mədəni məkanları ziyarət etməsi nəzərdə tutulur.

Medial Medial Medial
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑