May ayında ABŞ Konqresinin Tədqiqat Xidməti İran ordusunun ABŞ-ın 42 hərbi hava vasitəsini sıradan çıxardığını etiraf edib. İndi bu rəqəm 81-ə çatıb.
Globalinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin son müharibədə zədələnən ABŞ-a məxsus hava vasitələri ilə bağlı açıqladığı rəqəmlərə münasibət bildirən Əraqçi “real itkilərin daha yüksək olduğunu” iddia edib.



