Region · Globalinfo.az

ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyik – Əraqçi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyik – Əraqçi xəbəri üçün şəkil

İran ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcək.

Globalinfo.az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında İran-ABŞ danışıqlarının son vəziyyəti barədə danışarkən deyib.

    Əraqçi bildirib ki, danışıqlar prosesi davam edir və vasitəçilər tərəflər arasında mesaj mübadiləsi aparır.

    “Biz “yeddi günlük plan” adlandırdığımız təklifimizi təqdim etdik və ABŞ-ın buna dair mövqeyini dinlədik”, – nazir bildirib.

    İranın xarici işlər naziri qeyd edib ki, hazırda ABŞ-ın mövqeyi nəzərdən keçirilir.

    “Düşünürəm ki, qarşıdakı bir neçə gün ərzində cavabımızı təqdim edəcəyik”, – Əraqçi vurğulayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑