Region · Globalinfo.az

Azərbaycan əsgəri öz evinə getməyəcək – Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan əsgəri öz evinə getməyəcək – Paşinyan xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev ilə bağlı məsələyə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan brifinq zamanı qeyd edib.

Onun sözlərinə görə,  Azərbaycan tərəfindən həmin hərbçinin ekstradisiyası ilə bağlı Ermənistana rəsmi tələb daxil olmayıb:

“Azərbaycan tərəfi də hadisə ilə bağlı cinayət işi başladıb və bu mövzuda açıqlama yayıb. Həmin hərbçi Azərbaycana getsə, öz evinə getməyəcək. Əgər orada olarsa, onu Azərbaycanda da mühakimə edəcəklər. Mən bu mövzunu başa düşmürəm: nəyi müzakirə edirsiniz, hansı ekstradisiyanı? Kim deyib ki, ekstradisiya tələb olunur? Deyim ki, həmin hərbçi ömürlük Ermənistanda qalmalıdır?”

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑