Region · Globalinfo.az

Atamın gerçəkləşən dörd proqnozu… – Jirinovskinin qızı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Atamın gerçəkləşən dörd proqnozu… – Jirinovskinin qızı xəbəri üçün şəkil

Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri Vladimir Jirinovskinin nikahdankənar qızı Anastasiya Botsan-Xarçenko atasının tam dəqiqliklə gerçəkləşən dörd proqnozunu sadalayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə TASS-a açıqlamasında bildirib.

Botsan-Xarçenko Jirinovskinin Rusiyanın Şərq və Qlobal Cənub ölkələrinə yönəlməsi, NATO-nun postsovet məkanındakı fəaliyyəti, Rusiya-Ukrayna münaqişəsi və Rusiyanı təcrid etmək cəhdləri barədə proqnozlarının düz çıxdığını vurğulayıb:

“1990-cı və 2000-ci illərdə Jirinovski Moskvanın Qərblə əməkdaşlıq siyasətini tənqid edirdi. O, Şərq və Cənub ölkələrində hərbi müttəfiqlər və iqtisadi tərəfdaşlar axtarmağa çağırırdı. Jirinovski NATO-nun Rusiya ilə qarşıdurmada Baltikyanı ölkələr, Qafqaz, Orta Asiya və Moldovadan istifadə etməsi barədə xəbərdarlıq etmişdi. Jirinovski həmçinin Qərbin Yuqoslaviya ssenarisinə bənzər Rusiya-Ukrayna münaqişəsini qızışdıracağını və bunun Ukrayna ilə həmsərhəd olan Rusiya bölgələrinə təsir edəcəyini proqnozlaşdırmışdı”.

Botsan-Xarçenko həmçinin atasının Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdləri ilə bağlı proqnozlarından da bəhs edib:

“Xüsusilə, Jirinovski rus dilinə qadağa qoyulacağını, rus idmançılarının təcrid olunacağını və diplomatik əlaqələrin kəsiləcəyini proqnozlaşdırmışdı. Jirinovskinin Yaxın Şərqdə artan gərginlik və ABŞ-la Venesuela arasında qarşıdurma ilə bağlı proqnozları da özünü doğrultdu”.

Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da Moskvada ölüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑