İdman · Teleqraf

“Bavariya”nın müdafiəçisi Çempionlar Liqasında tarixi göstəriciyə imza atdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bavariya”nın müdafiəçisi Çempionlar Liqasında tarixi göstəriciyə imza atdı xəbəri üçün şəkil

BAKI, 4 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun avstriyalı futbolçusu Konrad Laymer UEFA Çempionlar Liqasında tarixi statistikaya imza atıb.

Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Atletiko” ilə görüşdə rəqibin cərimə meydançasında 13 dəfə topla təmasda olub.
O, 74-cü dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub.

2003/04 mövsümündən bəri Çempionlar Liqasında yalnız bir müdafiəçi bir oyunda rəqibin cərimə meydançasında Laymer qədər topla təmasda olub. Bu, 2017-ci ildə “Bavariya” ilə qarşılaşmada “Real Madrid”in müdafiəçisi Marselodur.

Qeyd edək ki, Laymerin “Bavariya” ilə müqaviləsi 2029-cu ilə qədər uzadılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑