İdman · Futbolpress.az

Norveç klublarına qarşı 9-cu duel – üstünlük kimdədir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Norveç klublarına qarşı 9-cu duel – üstünlük kimdədir? xəbəri üçün şəkil

“Sabah” bu gün UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”lə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklardakı 9-cu dueli olacaq. Bunadək “Qarabağ”, keçmiş “İnter” (indiki “Şamaxı”) bu ölkənin komandalarına rəqib olub.

Norveçlilərlə ilk matç 2009-cu ilə təsadüf edir. “Qarabağ” həmin vaxt Avropa Liqasının təsnifat mərhələsində “Rusenborq”a qalib gəlib. Səfərdə qolsuz heç-heçə edən “atlılar” rəqibini Bakıda məğlub etməyi bacarıb – 1:0.

Növbəti görüş isə keçmiş “İnter”in adı ilə bağlıdır. Komanda 2013-cü ildə Avroliqada “Tromso”ya rəqib olmuş, iki mərhələləyi oyunun birində qalib gəlmiş (1:0), digərində isə məğlub olmuşdu (0:2)

Bundan sonrakı matçlar isə hər biri “Qarabağ”ın avrokubok oyunu çərçivəsində olub. Müxtəlif vaxtlarda “Bodo-Qlimt” və “Molde”yə rəqib olan Azərbaycan təmsilçisi 1 dəfə uduzub, 1 dəfə heç-heçə edib, 3 dəfə isə qalib gəlib.

Norveç təmsilçilərinə qarşı sonuncu oyun 2024-cü ildə “Bodo-Qlimt” ilə “Qarabağ” arasında baş tutub. Bu görüşdə Qurban Qurbanovun komandası səfərdə rəqibinə 2:1 hesabıyla qalib gəlib.

Bu gün keçiriləcək “Vikinq” – “Sabah” oyununa saat 00:00-da start veriləcək.

Şahin Cəfərov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑