Dünya · Teleqraf

Almaniya rusiyalılara viza verilməsini tam dayandırmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya rusiyalılara viza verilməsini tam dayandırmayacaq xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

Almaniya Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa tətbiq etməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa İttifaqının diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

“Almaniyanın Rusiya vətəndaşlarına viza verilməsini tam qadağan etmək planı yoxdur”, – mənbə bildirib.

Bununla belə, Almaniya hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti sərtləşdirmək niyyətindədir.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful daha əvvəl jurnalistlərə açıqlamasında rusiyalıların ölkəyə girişində yoxlamaların gücləndiriləcəyini bəyan edib.

Beləliklə, Berlin viza verilməsini tam dayandırmadan Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti artırmağı nəzərdə tutur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑