Dünya · Modern.az

ABŞ İrana sanksiyalar tətbiq etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ İrana sanksiyalar tətbiq etdi
ABŞ İrana sanksiyalar tətbiq etdi

ABŞ hakimiyyəti İran neftinin və neft məhsullarının daşınması və satışında iştirak edən 17 gəmi və bir sıra şirkətə məhdudiyyətlər tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

"Nnazirlik milyonlarla barel İran nefti, yanacağı və neft məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşınması üçün istifadə edilən “kölgə donanmasına” məxsus 17 gəmiyə qarşı” məhdudiyyətlər tətbiq edir. Onların arasında Çin, Böyük Britaniya və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlərə məxsus tankerlər də var", - məlumatda qeyd olunur.

Vaşinqton administrasiyasının fikrincə, İranın neft-kimya sənayesi ilə əlaqəli olan təxminən 20 şirkətə qarşı da sanksiyalar tətbiq edilib. Onların arasında Böyük Britaniya, Hindistan, İran, Çin, BƏƏ, Türkiyə və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlər var.

“Bu gün atılan addımlar İranın “kölgə donanmasının” qalan şəbəkəsinin böyük hissəsini faktiki olaraq zərərsizləşdirir”, - deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndəsi həmçinin jurnalistlərə bildirib ki, İran neft ticarəti aparmaq imkanını demək olar ki, itirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑